Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatında gənc qılıncoynadanların şəxsi yarışda mübarizəsinə start verilib.
Gənc qız sablyaçıların şəxsi yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran Zərifə Hüseynova bu nəticə ilə birbaşa 32-liyə yüksəlib. Bu mərhələdə Rumıniya təmsilçisi Dumitru Catincaya 15:13 hesabı ilə qalib gələn qılıncoynadanamız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin finalılan kimi irəliliyən Türkiyə idmançısı Nisanur Erbilə 10:15 hesabı ilə uduzub.
Gənc qız şpaqaçıların şəxsi yarışında isə Xədicə Həsənli (4 qələbə), Azərin İdriszadə (2 qələbə) və Nazilə Rəhimova (2 qələbə) qrup mərhələsini uğurla adlyaraq pley-offa yüksəlib. Xədicə Həsənli və Nazilə Rəhimova 64-lüyə yüksəlməyi bacarsa da bu mərhələdə məğlub olub. Azərin İdriszadə isə 64-lüyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə uduzub. Aynur Quliyeva pley-off adlaya bilməyib.