Türkiyənin İstanbul şəhərində qılıncoynatmanın sablya növü üzrə 17 yaşadək yeniyetmələr arasında Cadet Circuit keçirilib.
Qılıncoynadanımız Abbas Hüseynov 150-dən çox oğlan sablyaçıların yarışdığı şəxsi mübarizədə gümüş medal qazanıb.
Qrup mərhələsində keçirdiyi bütün görüşlərdə (5 qələbə) qalib gələn Abbas pley-offda Rumıniya, Misir, Böyük Britaniya, Bolqarıstan və Türkiyəni təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəlib. Abbas finalda Türkiyə qılıncoynadanı Yigit Ayaza 6:15 hesabı ilə uduzaraq “Cadet Circuit”in İstanbulda keçirilən mərhələ yarışında gümüş medala layiq görülüb.