Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışın ilk günündə qılıncoynatmanın sablya növü üzrə qaliblər müəyyənləşib.
Ölkə çempionatı idmançıların paradı və dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Ümumilikdə 90 iştirakçı sablya növü üzrə yarışda mübarizə aparıb.
Sablya.
Kişilər şəxsi.
1-ci yer. Saleh Məmmədov
2-ci yer. Murad Əkbərov
3-cü yer. Rəsul Əliyev, Abbas Hüseynov.
Qadınlar şəxsi.
1-ci yer. Səbinə Kərimova
2-ci yer. Palina Kaspiaroviç
3-cü yer. Valentina Zeynalova, Zərifə Hüseynova.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ilk yarış gününün qalib və mükafatçıları diplom və medallarla təltif olunublar. Ölkə çempionatına bazar günü şpaqaçıların şəxsi yarışda çıxışı ilə yekun vurulacaq.
Dekabr 21, 2024

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir