Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma üzrə yarışlara start verilib. İlk yarış günündə qılıncoynatmanın sablya növü üzrə qadınların və şpaqa növü üzrə kişilərin şəxsi yarışında mükafatçılar müəyyənləşib. Sablya qadınların şəxsi yarışında Palina Kaspiaroviç bürünc medal qazanıb.

Qrup mərhələsini 4 qələbə ilə bitirən Palina Kaspiaroviç qadın sablyaçıların şəxsi yarışında 1/4 finalda Türkiyə təmsilçisinə qalib gəlib. Palina gərgin mübarizə şəraitində keçən yarımfinal görüşündə Özbəkistan sablyaçısı Gülistan Perdebaevaya 12:15 hesabı ilə uduzub.

Noyabr 17, 2025

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir