Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma üzrə yarışlara start verilib. İlk yarış günündə qılıncoynatmanın sablya növü üzrə qadınların və şpaqa növü üzrə kişilərin şəxsi yarışında mükafatçılar müəyyənləşib. Şpaqa kişilərin şəxsi yarışında isə Vahab Fətullayev bürünc medal qazanıb.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran Vahab yarımfinala gedən yolda Qətər və Qırğızıstan qılıncoynadanlarını mübarizədən kənarlaşdırıb. Şpaqaçımız finalın bir addımlığında özbəkistanlı Javokhirbek Nurmatova 11:15 hesabı ilə uduzub.

Noyabr 17, 2025

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir