Maqsud Hüseynli böyüklərin, Fərəh Abasova isə gənclərin qılıncoynatmanın sablya növü üzrə Türkiyənin Ankara şəhərində keçirilən açıq turnirində bürünc medal qazanıblar.
Kişi sablyaçılarımızdan Rəsul Əliyev 60 iştirakçı arasında 7-ci, Timur Husnaddinov 12-ci, Nahid Məmmədli isə 22-ci olub.
Qızların yarışında medalın bir addımlığında mübarizəni dayandıran Valentina Zeynalova 5-ci, Leyla Əhmədova 11-ci, Ayan Ağasıyeva 13-cü, Züleyxa Sultanlı 20-ci, Cahan Sadıxova 24-cü, İrina Lobas isə 27-ci olub.
Yanvar 19, 2026

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir