Bu gün yeniyetmələrin sablya yarışına yekun vurulub.
Qrup mərhələsini 3 qələbə ilə başa vuran Murad Əkbərov 1/32 finalda polşalı Marsel Broniszevski (15:13), ardınca belaruslu İvan Nasennik (15:8) üzərində qələbə qazanmaqla 1/8 finala yüksəlib. Bu mərhələdə özbəkistanlı rəqibi Musa Aymuratovu (15:12) məğlub edən Murad 1/4 finalda rusiyalı sablyaçı Arseniy Şelekova 7:15 hesabı ilə uduzaraq dünya birinciliyində 7-ci olub.
Arseniy Şelekov ilk pley-off görüşündə qrup mərhələsini 5 qələbə ilə başa vuran digər sablyaçımız Saleh Məmmədova 15:12 hesabı ilə qalib gəlib.
Qrup mərhələsini 3 qələbə ilə başa vuran Maqsud Hüseynli isə pley-offda Türkiyə təmsilçisi Efe Dincə 11:15 hesabı ilə uduzub.