Bu gün Rusiyanın Kazan şəhərində şpaqa üzrə Dünya Kubokunda şəxsi yarışa start verilib.
Kişi şpaqaçıların şəxsi yarışının təsnifat mərhələsində 5 qılıncoynadanımız mübarizə aparıb.Şpaqaçılarımızdan Kənan Əliyev və Ruslan Həsənov təsnifat mərhələsinin pley-offuna yüksəlməyi bacarıb.Fərrux Səfərov,Barat Quliyev və Xalid Əliyev isə mübarizəni erkən dayandırıb.Pley-offda keçirdiyi ilk görüşdə ABŞ təmsilçisi Adam Zmislovskiyə 15:13 hesabı ilə qalib gələn Kənan növbəti qarşılaşmada Yaponiya şpaqaçısı Ryu Matsumotoya 10:15 hesabı ilə uduzub.Ruslan Həsənov isə pley-off çərçivəsində keçirdiyi ilk görüşdə danimarkalı Konrad Konqstada 12:15 hesabı ilə məğlub olub. Martın 23-dək davam edəcək turnirdə kişi şpaqaçılarımız komanda yarışında çıxış edəcək.