Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında kişi şpaqaçıların komanda yarışında ən güclü 8-liyə yüksələn komandalar müəyyənləşib.
İlk görüşdə Qırğızıstan yığmasına 45:41 hesabı ilə qalib gələn Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənovdan ibarət komandamıız növbəti qarşılaşmada güclü İtaliya millisinə 31:45 hesabı ilə uduzub.