Bu gün Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında qaliblər müəyyənləşib.
Qrup mərhələsini 4 qələbə ilə başa vuraraq pley-offa yüksələn Palina Kaspiaroviç pley-offda keçirdiyi ilk görüşdə iranlı Delçe Rafieiyə 15:7 hesabı ilə qalib gəlib. Növbəti görüşündə Nil Güngörü (Türkiyə) aşkar üstünlüklə (15:3) məğlub edən sablyaçımız yarmfinalda bu mərhələyə kimi irəliləməyi bacaran digər təmsilçimiz Səbinə Kərimova ilə qarşılaşıb. Səbinəyə 15:9 hesabı ilə qalib gələn Palina finalda Türkiyə sablyaçısı İrina Şçuklaya 14:15 hesabı ilə uduzub.
Digər təmsilçilərimizdən turnirin yarmfinalına kimi irəliləməyi bacaran Səbinə Kərimova və Valeriya Bolşakova 5-ci İslam Həmrəyliyi Oyunlarının bürünc medalına layiq görülüb. Qrup mərhələsini uğurla adlayan Valeriya 1/4 finalda turnirin reytinq favoriti sablya üzrə milli komandamızın lideri Anna Baştaya 15:12 hesabı ilə qalib gəlsə də, yarımfinalda şəxsi yarışda İslamiadanın qalibi İrina Şçuklaya (Türkiyə) 10:15 hesabı ilə məğlub olub.