Bu gün Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən sablya üzrə Dünya Kubokunun mərhələ yarışında qadın komandalar arasında mükafatçılar müəyyənləşib. Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət komandamız ilk görüşündə Kanada yığmasına 45:38 hesabı ilə qalib gələrək ən güclü 8-liyə yüksəlib. 1/4 finalda komandamız turnirin reytinq favoriti Fransa millisini 45:44 hesabı ilə mübarizədən kənarlaşdırıb. Yarımfinalda Macarıstan seçmə kollektivini 45:37 hesabı ilə məğlub edən qadın sablyaçılarımız finalda Bolqarıstan millisinə 40:45 hesabı ilə uduzaraq Dünya Kubokunun gümüş medalını qazanıb.
Daha öncə Dünya Kubokunda qadın sablyaçıların şəxsi yarışında Anna Başta, Zərifə Hüseynova və Səbinə Kərimova əsas mərhələnin ilk görüşündə uduzaraq mübarizəni dayandırıb.