
Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə gənclərin Avropa birinciliyində şpaqa oğlanlar və sablya qızların komanda yarışında qaliblər müəyyənləşib.
Vahab Fətullayev, Oruc Misirzadə, Emin Səfərbəyov və Səid Əliyevdən ibarət şpaqa üzrə millimiz ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən qarşılaşmada Norveç yığmasına 34:45 hesabı ilə uduzub.
Valentina Zeynalova, Leyla Əhmədova, Zərifə Hüseynova və Fərəh Abasovadan ibarət sablya üzrə komandamız isə ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada İtaliya seçmə kollektivinə 13:45 hesabı ilə məğlub olub. 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə İspaniya yığmasına 35:45 hesabı ilə uduzan millimiz son görüşündə Bolqarıstan komandasına 31:45 hesabı ilə məğlub olub.