Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa birinciliyinə yekun vurulub.
Abbas Hüseynov, Zərifə Hüseynova və Vahab Fətullayev bürünc medalın bir addımlığında mübarizəni dayandırıb.

Abbas Hüseynov qılıncoynatmanın sablya növündə yeniyetmə oğlanların şəxsi yarışında 1/4 finala kimi irəliləyərək 80 iştirakçı arasında turniri 6-cı sırada bitirib.
Zərifə Hüseynova isə gənc sablyaçı qızların şəxsi yarışında ən güclü səkkizlikdə mübarizəni başa vuraraq ümumi sıralamada 72 iştirakçı arasında 7-ci olub.
126 gənc şpaqaçı oğlanların mübarizə apardığı şəxsi yarışda Vahab Fətullayev yekun cədvəldə 7-ci yerdə qərarlaşıb.
Abbas Hüseynov, Timur Husnaddinov, Rəsul Əliyev və Nahid Məmmədlidən ibarət millimiz sablya üzrə gənclərin yarışında 11-ci olub.
Zərifə Hüseynova, Alla Həsənova, Leyla Əhmədova və Fərəh Abasova isə sablya üzrə gənc qızların komanda yarışını 14-cü sırada tamamlayıb.
Fevral 27, 2026

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir