Çinin Usi şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində üçüncü yarış gününə yekun vurulub.Bu dəfə gənc oğlan və qız sablyaçıların komanda yarışında qaliblər müəyyənləşib. Rəsul Əliyev, Abbas Hüseynov, Timur Husnaddinov və Ayxan Xasıyevdən ibarət sablya üzrə millimiz ilk görüşdə Polşa yığmasına 41:45 hesabı ilə məğlub olaraq mübarizəni erkən dayandırıb. Oğlan sablyaçılarımız ümumi sıralamada…