Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə gənclərin Avropa birinciliyində şpaqa oğlanlar və sablya qızların komanda yarışında qaliblər müəyyənləşib. Vahab Fətullayev, Oruc Misirzadə, Emin Səfərbəyov və Səid Əliyevdən ibarət şpaqa üzrə millimiz ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən qarşılaşmada Norveç yığmasına 34:45 hesabı ilə uduzub. Valentina Zeynalova, Leyla Əhmədova, Zərifə Hüseynova və Fərəh Abasovadan ibarət sablya…

