Bu gün İtaliyanın Padua şəhərində qılıncoynatmanın sablya növü Qran-pri turnirinə yekun vurulub. Mübarizəyə əsas mərhələdən qoşulan turnirin 1 nömrəli reytinq favoriti Anna Başta ilk görüşdə ABŞ təmsilçisi Honor Consona 15:6 hesabı ilə qalib gəlib. Növbəti görüşündə yapon Yumi Vakitanı (15:10) mübarizədən kənarlaşdıran Anna, ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər Yaponiya qılıncoynadanı Şihomi Fukuşimaya…