Ölkəmizdə keçirilən 3-cü MDB Oyunlarının növbəti yarış günündə qılıncoynatmanın şpaqa növü üzrə oğlanların şəxsi yarışında mükafatçılar müəyyənləşib.
Şpaqaçımız Mirxətai Məmmədov turnirin bürünc medalını qazanıb. Mirxətai finala yüksəlmək uğrunda keçirilən qarşılaşmada 14:15 hesabı ilə uduzub.
Bu qılıncoynadanlarımızın 3-cü MDB Oyunlarında 6-cı bürünc medalıdır.
Qılıncoynatma yarışlarına sabah oğlanların şpaqa və qızların sablya növü üzrə komanda yarışları ilə yekun vurulacaq.
Oktyabr 6, 2025

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir