Qılıncoynadanlarımız 3-cü MDB Oyunlarında 9 medal qazandı!
3-cü MDB Oyunlarında qılıncoynatma yarışlarına yekun vurulub. Bu gün qılıncoynatmanın sablya növü üzrə qızlar və şpaqa növü üzrə oğlanlar arasında qaliblər müəyyənləşib.
Zərifə Hüseynova, Leyla Əhmədova, Fərəh Abasova və Valentina Zeynalovadan ibarət komandamız turnirin gümüş medallarını qazanıb.
Mirxətai Məmmədov, Vahab Fətullayev, Oruc Misirzadə və Emin Səfərbəyovdan ibarət komandamız isə oğlanların şpaqa yarışında gümüş medala layiq görülüb.
Qızların sablya yarışında Alla Həsənova, Cahan Sadıxova, Züleyxa Sultanlı və Gülarə Tağızadə bürünc medalçı olub.
Qılıncoynadanlarımız öncəki günlərdə 6 bürünc medal qazanıb.
Təbrik edirik!
Oktyabr 7, 2025

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir