
Bolqarıstanın Sofiya şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında “Satellite” turnirinə yekun vurulub. Qrup mərhələsini 4 qələbə ilə başa vuran Palina Kaspiaroviç uğurlu seriyanın davamını pley-offda da gətirib. Yarımfinala kimi irəliləyən sablyaçımız finalın bir addımlığında Rumıniya təmsilçisinə Andreea Lupuya 14:15 hesabı ilə uduzaraq turnirin bürünc medalını qazanıb.

