Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Əlcəzairin Oran şəhərində keçirilən Dünya Kuboku mərhələsində komanda yarışını 4-cü pillədə başa vurub. Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət yığmamız ilk görüşündə ABŞ millisini 45:43 hesabı ilə məğlub edərək ən güclü səkkizliyə yüksəlib. 1/4 final mərhələsində Özbəkistan seçməsi ilə qarşılaşan komandamız gərgin mübarizədən…

