Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında çıxış edən Azərbaycan sablyaçıları Vətənə qayıdıb. İdmançılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, federasiya rəsmiləri, jurnalistlər, ictimaiyyət nümayəndələri qarşılayıblar. Qılıncoynatmanın sablya növü üzrə dünya çempionatında gümüş medal qazanan Zərifə Hüseynova yarışla bağlı təəssüratlarını bölüşüb. “Bu yarışda yarımfinal görüşü mənimçün çətin oldu. Əvvəlcə uduzsam…

