Qılıncoynatmanın şpaqa növü üzrə yeniyetmə idmançılarımız Yunanıstanın Saloniki şəhərində keçirilən “Thessaloniki Europcup” turnirində iştirak edib. 17 yaşadək qız şpaqaçıların şəxsi yarışında Xədicə Həsənli ən güclü 8-liyə kimi irəliləməyi bacarıb. Qrupda 3 qələbəsi olan Xədicə pley-offda keçirdiyi görüşlərdə Türkiyə, Ukrayna və İsraili təmsil edən rəqiblərinə qalib gələrək turnirin ən güclü 8 qız şpaqaçısı sırasına yüksəlməyi bacarıb….